16 
Okt
2017
17:41
180
27
3457
Virtual karabakh

Metro "Qarabağ" - "Atletiko" oyunu ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək

16 Okt, 2017
17:41
3457

Metro "Qarabağ" - "Atletiko" oyunu ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 18-də UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Atletiko" oyunu ilə əlaqədar "Bakı Metropoliteni" QSC gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə Oxu.Az-a "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, gücləndirilmiş iş rejimi, sadəcə, "Koroğlu" stansiyasında deyil, digər stansiyalarda da tətbiq olunacaq.

"Sərnişin axınına nəzarət olunacaq, şəraitə uyğun olaraq "Koroğlu" stansiyasına giriş-çıxışların yerləri dəyişdirilə bilər. Sərnişinlərin təhlükəsiz daşınması üçün bütün zəruri tədbirlər görüləcək, canlı qüvvə və eyni zamanda, ehtiyat qatarlar cəlb olunacaq. Oyun keçirilən gün saat 18:00-dan etibarən sərnişin axını tam nəzarətdə olacaq", - deyə o vurğulayıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri