16 
Okt
2017
18:40
17
187
4620
Virtual karabakh

Saqiyan kənd sakinləri qorxu içində: Evim 7 yerdən partlayıb + VİDEO

16 Okt, 2017
18:40
4620

Saqiyan kənd sakinləri qorxu içində: Evim 7 yerdən partlayıb + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şamaxının Saqiyan kənd sakinləri evlərində gecələyə bilmirlər.

Oxu.Az ARB TV-yə istinadla xəbər verir ki, səbəb isə uzun müddətdir ki, Şamaxını cənginə alan torpaq sürüşməsidir. Sürüşmə zonasında yerləşən Şamaxının ən təhlükəli ərazisi məhz Saqiyan kəndi hesab olunur.

Kənddəki vəziyyəti işıqlandırılıb. Hasarlar dağılıb, evlər uçub, tavan çöküb.  Kəndin bu vəziyyətə düşməsinin səbəbi isə sürüşmədir. Havaların yağmurlu və soyuq keçməsi sakinlərin vəziyyətini daha da çətinləşdirib. 

Sakinlər düşdükləri vəziyyətdən danışıblar:

Aydın Cəfərov (sakin) : Gecə evdə heç kim qalmır. Gündüz gəlirik, çay-çörək yeyib axşam qonşulara gedirik.

Səməndər Aslanova (sakin) : Evim 7 yerdən partlayıb. Tək qala bilmirəm. Qorxuram.

Bəzi ailələr evlərini tərk edib. Qəzalı vəziyyətə düşən 3 evdə isə vəziyyət daha acınacaqlıdır. Saqiyan kənd bələdiyyəsi evlərin qəzalı vəziyyətə düşməsi ilə bağlı lazımi qurumlara məlumat verildiyi deyilir. 

Bildirilir ki, onlar da sakinlər kimi veriləcək qərarı gözləyirlər.

N.О.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri