17 
Okt
2017
11:37
134
91
19281
Virtual karabakh

Polis Bakıda restoranda hesabı ödəməyən müştərini axtarır – VİDEO

17 Okt, 2017
11:37
19281

Polis Bakıda restoranda hesabı ödəməyən müştərini axtarır – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda restoranda yeyib-içən müştərilər hesabı ödəmədən qaçıb.

Oxu.Az xəbər verir ki, bu barədə həmin restoranın sahibi Zaur İsmayılzadə Baku.ws-ə məlumat verib.

Sahibkar bildirib ki, 2 oğlan, 1 orta yaşlı kişi və 1 uşaq masalardan birində əyləşərək, sifariş verib.

Hesab gələndə isə uşaq, daha sonra digər 2 nəfər restoranı tərk edib. Sonda qalan şəxs isə işçilərin yaxınlığında olmadığını fərq edib və restorandan qaçıb.

Restoran sahibi bildirir ki, müştərilər 100 manata yaxın hesabı ödəməyib. Çekdən göründüyü kimi, işbazlar özlərinə pulsuz qonaqlıq verib. Yaxşıca yeyib-içən şəxslər restorana zərər vurduqdan sonra qaçıb. Restoran sahibi sözügedən şəxslərin tapılması istiqamətində tədbirlər görülməsi üçün  polisə müraciət edib.  

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri