18 
Okt
2017
12:58
88
188
20442
Virtual karabakh

Bakıda məhərrəm ayında kimlər toy edir? – SİYAHI

18 Okt, 2017
12:58
20442

Bakıda məhərrəm ayında kimlər toy edir? – SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Artıq bir aya yaxındır ki, Hicri-qəməri təqvimi ilə Məhərrəm ayını yaşayırıq. Adətən, İmam Hüseyn və tərəfdarlarının qətlə yetirildiyi bu ay matəm ayı kimi dəyərləndirilir. Bu baxımdan, məhərrəmliyi dəvətnamədən, əlavə xərcdən çəkinən insanlar üçün şükran ayı da hesab etmək olar.  Çünki adətən, əksəriyyət bu ayda toy etməkdən çəkinir. Buna baxmayaraq, fərqli düşünən insanlar da var.

Maraqlıdır, məhərrəm ayı girəndən indiyə kimi restoranlarda toylar olubmu?

Oxu.Az xəbər verir ki, Modern.az saytı bu sualla bir neçə restorana müraciət edib.

“Mega Palace” şadlıq evinin əməkdaşı Vüsal Şirinov: “Hansısa restoranlarda ola bilər ki, kiçik məclislər olsun. Amma biz şadlıq evi olduğumuz üçün ancaq toy işlərinə baxırıq. Bu baxımdan, məhərrəmlikdə hər hansı toy olmayıb. Lakin 2-3 ay qabaqcadan məhərrəmlikdən sonrakı aylar üçün sifarişlər var”.

“Çanaqqala” restoranının əməkdaşı Rafiq: “Bilirsiniz ki, azərbaycanlılar məhərrəmlik ayında toy etməyin tərəfdarı deyil. Buna görə də bu ayda indiyə kimi hər hansı toy olmayıb. Növbəti aylar üçün isə indidən  müraciətlər var. Bunlar nişan, xınayaxdı mərasimləridir”.

“Gilavar” restoranının administratoru Rufan Qasımov: “Neçə ildir, bu sahədə çalışmağıma baxmayaraq, hələ  məhərrəmlik ayında toylar üçün müraciət edənlərlə rastlaşmamışam. Bilirsiniz, azərbaycanlılar bu ayda toy etməkdən çəkinirlər. Əksəriyyəti düşünür ki, bu ayda toy etsə, ya boşanacaqlar, ya övladları olmayacaq. Tutaq ki, hansısa əcnəbi üçün məhərrəmliyin önəmi yoxdur və toy üçün müraciət edə bilər. Lakin onun da qonaqları azərbaycanlı olacaq axı. Bu baxımdan, hələlik belə bir şeylə rastlaşmamışam. Məhərrəmlikdən sonrası üçün isə artıq sifarişlərimiz var”.

“Yeganə” şadlıq sarayının mühasib köməkçisi Arzu  Abbasova: “Məhərrəmlik girəndən indiyə kimi  şadlıq evində toylar olmayıb. Bu, adətən, hər il belə olur. Sadəcə bir dəfə rus xanımı toy etmək üçün müraciət etsə də, rəhbərliklə razılıq olmayıb”.

“Monte Kristo” şadlıq evinin meneceri İqbal Aydınoğlu: “Məhərrəmlik ayı çərçivəsində hansısa şənlik və ya toy üçün müraciət olmayıb. Lakin növbəti aylar üçün təyin olunan toylarımız var”.

“Xəmsə” şadlıq evinin administratoru Bəxtiyar: “Məhərrəmlik ayı girəndən bəri  restoranda toy olmayıb. Eyni zamanda, bununla bağlı hər hansı müraciətlər də yoxdur. Amma məhərrəmlikdən sonrası üçün qabaqcadan sifarişlər olur”.

“Su Sonası” şadlıq evinin administratoru Mütalib Əhmədov: “Ümumiyyətlə, Azərbaycanda elə adam ola bilərmi ki, məhərrəm ayında toy eləsin və ya bunun üçün qabaqcadan müraciət etsin? Müəyyən  rayonlarda bu ayda toylar olur. Amma indiyə kimi bizim restorana hər hansı müraciət olmayıb. Noyabrın 21-də məhərrəm ayı bitəcək. Həmin vaxt üçün sifarişlər mövcuddur”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri