18 
Okt
2017
13:36
96
41
6772
Virtual karabakh

Arvadın ərin cibindən gizli şəkildə pul götürməsi oğurluq sayılır? – Hüquqi şərh

18 Okt, 2017
13:36
6772

Arvadın ərin cibindən gizli şəkildə pul götürməsi oğurluq sayılır? – Hüquqi şərh

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Femida.az vətəndaşlara hüquqi yardım layihəsinin növbəti qonağı hüquqşünas Tural Musayev olub.

Oxu.Az-ın xəbərinə görə, hüquqşünas oğurluqla bağlı sualları cavablandırıb.

T.Musayev bildirib ki, oğurluq – Cinayət Məcəlləsinin "İqtisadi Sahədə Cinayətlər" bölümünün" mülkiyyət əleyhinə olan cinayətlər " fəslində 177-ci maddədə nəzərdə tutularaq özlüyündə - özgə əmlakını gizli olaraq talamanı ehtiva edir.

- Hansı yaşda olan insanlar oğurluğa görə məsuliyyətdən azad oluna bilər?

Cinayət törədilənədək 14 yaşı tamam olmuş şəxs oğurluq cinayətinə görə cinayət məsuliyyətinə cəlb edilir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" AR Ali Məhkəməsi Plenumunun 3 mart 2005- ci il tarixli 1 saylı qərarının 2-ci bəndində , mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt , yaxud həmin, şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməsi göstərilib. 

Tapşırılmış işlə, yaxud xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar əmlakın olduğu yerə müstəqil gedib gələ bilən şəxs tərəfindən bu əmlakın qanunsuz götürülməsi belə oğurluq kimi tövsif olunmalıdır. Ər-arvaddan hər hansı birinin ümumi mülkiyyətinlərində olan əmlakı gizli götürməsi oğurluq cinayətinin tərkibini yaratmır. Misal üçün arvadın ərinin cibindən gizli şəkildə pulunu götürməsi oğurluq sayılmır. Əgər, onlar birgə nikahdadılarsa, və pul birgə nikah dövründə qazanılıbsa, cinayət məsuliyyətinə səbəb olmur.

Cinayət Məcəlləsinin yalnız "Cinayət məsuliyyətindən azad etmə" fəslində nəzərdə tutulan hallarda oğurluq cinayətinə görə təqsirləndirilən şəxs məsuliyyətdən azad edilə bilər. 

- Oğurluq cinayəti ilə rastlaşmış hər hansı bir şəxs ilk növbədə nə etməlidir?

- Oğurluq cinayəti ilə rastlaşmış hər hansı bir şəxs ərazi üzrə DİN-in Polis İdarələrinə və ya “102” xidməti-zəng mərkəzi sisteminə zəng etməklə məlumat verə bilər.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri