19 
Okt
2017
13:45
14
69
2202
Virtual karabakh

Xaricdən daxil olan sorğuları gec cavablandıranlar cərimələnəcək

19 Okt, 2017
13:45
2202

Xaricdən daxil olan sorğuları gec cavablandıranlar cərimələnəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında xarici dövlətlərdən daxil olmuş məlumat mübadiləsi üzrə sorğuların cavablandırılması üçün tələb olunan məlumat və sənədlərin müəyyən edilən müddətdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim olunmasına görə fiziki və hüquqi şəxslər cəzalandırılacaqlar.

Oxu.Az "APA-Economics"-ə istinadən xəbər verir ki, bu barədə bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclasında məlumat verilib.

Bildirilib ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif edilir.

Dəyişikliyə əsasən, İnzibati Xətalar Məcəlləsinə 461.1-1-ci maddə əlavə edilir. Əlavəyə əsasən vergi ödəyicisi kimi qeydiyyatda olmayan şəxslər tərəfindən vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında xarici dövlətlərdən daxil olmuş məlumat mübadiləsi üzrə sorğuların cavablandırılması üçün tələb olunan məlumat və sənədlərin müəyyən edilən müddətdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim olunmasına görə fiziki şəxslər 50 manat məbləğində, hüquqi şəxslər 100 manat məbləğində cərimə ediləcəklər.

Bundan başqa, “Qiymətli kağızlar bazarı haqqında”, “Poçt haqqında”, “İnvestisiya fondları haqqında”, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” qanunlara təklif edilən dəyişikliklərə görə, Mərkəzi depozitar, investisiya şirkətləri, Milli poçt operatoru, investisiya fondları, banklar, bank olmayan kredit təşkilatları da beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycanda həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatları Vergi Məcəlləsinin 76-1-ci maddəsinin tələbləri əsasında həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim etməlidir.

Layihələr Milli Məclisin plenar iclasına tövsiyə edilib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri