20 
Okt
2017
16:55
28
205
4912
Virtual karabakh

"Azərenerji" prezidenti Etibar Pirverdiyev görüləcək işləri açıqladı

20 Okt, 2017
16:55
4912

"Azərenerji" prezidenti Etibar Pirverdiyev görüləcək işləri açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Strateji Yol Xəritəsi üzrə işlər aparılır. Ancaq burada bəzi qanunvericilik aktları var ki, onların üzərində Energetika Nazirliyi, Maliyyə Nazirliyi, Nazirlər Kabineti və digər qurumlarla birgə çalışırıq. Ümid edirəm ki, qarşıya qoyulan məsələlərin hamısı "Azərenerji" tərəfindən yerinə yetiriləcək".

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev deyib.

E.Pirverdiyevin sözlərinə görə, Rusiya və Gürcüstana yeni 330 kilovatlıq paralel xətt çəkiləcək:
"Həm Rusiya bizdən, həm də biz onlardan enerji alırıq. Rusiya ilə biz paralel rejimdə çalışırıq. Düşünürəm ki, bəzi addımlar atdıqdan sonra Rusiyaya elektrik enerjisi ixracını artıra biləcəyik. Rusiya enerji sisteminin marağı ondan ibarətdir ki, Azərbaycan üzərindən İrana elektrik enerjisi ötürə bilsin. Təbii ki, bunun üçün bəzi texniki işlərin görülməsi vacibdir. Bu gün Azərbaycan, Rusiya və İran enerji sistemlərinin paralel işləməsi texniki olaraq mümkün deyil. Bunun üçün Azərbaycan-İran sərhədində sabit cərəyan qurğusu tikilməlidir. Bu yarımstansiyadan daha ciddi qurğudur.

Rusiya ilə Azərbaycan arasında ikinci-paralel xəttin çəkilməsi də gündəmdədir. Hazırda 70-ci illərdə tikilmiş 330 kilovatlıq xətt fəaliyyət göstərir. Bu isə həmin enerjinin ötürülməsi üçün kifayət deyil. Gürcüstanla isə hazırda iki xətt vasitəsilə enerji mübadiləsi aparılır. Onlardan biri 500, digəri isə 330 kilovatlıq xətlərdir. Hazırda Gürcüstan lazım olan enerjini özündə saxlayır, digər hissəsini isə Türkiyəyə ötürür. 330 kilovatlıq xətti ikidövrəlik etmək nəzərdə tutulur. Yəni daha bir 330 kilovatlıq paralel xətt çəkə bilərik".

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri