20 
Okt
2017
17:01
20
83
3114
Virtual karabakh

MTRŞ 11 quruma yayım lisenziyası verdi

20 Okt, 2017
17:01
3114

MTRŞ 11 quruma yayım lisenziyası verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

MTRŞ-dan Oxu.Az-a verilən məlumata görə, iclasda teleradio yayımı üçün lisenziya verilməsi barədə 11 hüquqi şəxsin müraciətinə baxılıb.

İclasda “Muz  TV Azərbaycan” MMC-yə  peyk yayımı üçün, “AZTELEKOM”  MMC-yə, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi MMC-yə, “CLİP TV”  MMC-yə, “MetroNet”  MMC-yə, “AzFiberNet” MMC-yə, “Rahat Telecom” MMC-yə, “FARAON – 1” MMC-yə, “Qafqaznet” MMC-yə, “Teleport” MMC-yə, “Netpoint” MMC-yə İP TV yayımı üçün lisenziya verilməsi barədə qərar qəbul edilib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri