21 
Okt
2017
09:31
8
183
3401
yuxarı
Bakıda iki şəxsi piyada keçidində vurdular
21 Okt, 2017
09:31
3401
8
183
Bakıda iki şəxsi piyada keçidində vurdular
Bakının Nəsimi rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, 3-cü mikrorayon dairəsində piyada keçidi ilə hərəkət edən 1958-ci il təvəllüdlü Əhmədov Bilal Əşrəf oğlu və 1975-ci il təvəllüdlü Yağvəliyev Sərraf Həsənbala oğlu "90-HG-553" dövlət qeydiyyat nişanlı "Hyundai" markalı minik avtomobili tərəfindən vurulub.
Sürücü yaralıları yerdə uzanmış vəziyyətdə qoyaraq hadisə yerindən qaçıb. Yaralılar taksi sürücülərinin köməyi ilə xəstəxanaya yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, B.Əhmədovun vəziyyəti ağırdır.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları axtarışa başlayıb.
E.Ə.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək