21 
Okt
2017
17:50
356
39
5292
Virtual karabakh

Polis özünü Kürə atmaq istəyən gənc qızı xilas edib

21 Okt, 2017
17:50
5292

Polis özünü Kürə atmaq istəyən gənc qızı xilas edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şirvan şəhərində mühafizə polisinin əməkdaşları intihara cəhdin qarşısını alıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, oktyabrın 20-də saat 14.00 radələrində magistral yolun Şirvan şəhəri ərazisindən keçən hissəsindəki körpüdə xidmətdə olan Şirvan Şəhər Mühafizə Şöbəsinin əməkdaşları - polis serjantları Rəşad Əliyev və Həmid Əhmədov oradan keçənlərin arasında səssiz dayanaraq Kür çayına baxan qızın hərəkətləri şübhə doğurduğundan onu diqqətlə izləməyə başlayıblar. 

Həmin qızın qəflətən məhəccərin digər tərəfinə keçdiyini görən əməkdaşlar dərhal ona yaxınlaşıblar. Qız özünü çaya atmaq istəyib. Fikrini yayındırmaq üçün polis əməkdaşları gənc xanımı söhbətə tutublar və ani hərəkətlə onu tutaraq təhlükəsiz əraziyə çıxarıblar.  

Şirvan Şəhər Polis Şöbəsinə təhvil verilən qızın Sabirabad rayonunun Qarağac kənd sakini olduğu məlum olub. 

Faktla bağlı araşdırma aparılır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri