21 
Okt
2017
22:52
39
199
5664
Virtual karabakh

Bakıdakı güzəştli mənzillərin tikintisi nə yerdədir? – VİDEO

21 Okt, 2017
22:52
5664

Bakıdakı güzəştli mənzillərin tikintisi nə yerdədir? – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İlk güzəştli mənzillərin inşa edildiyi Yasamal yaşayış kompleksindəki binaların sayı sürətlə artır.

Oxu.Az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, artıq bəzi binalarda fasad işlərinə başlanılıb və pəncərələri taxılır.

Ərazidə 960 yerlik məktəbin tikintisi də başa çatıdırılıb və hazırda həmin binaya mühəndis kommunikasiya xətləri çəkilir. Digər binalarda da işlər sürətlə davam etdirilir. Ərazidə inşa edilən güzəştli mənzillərin sayı isə 1843 dür.

Güzəştli mənzilləri almaq üçün müraciət edən və bütün göstəriciləri uyğun olan vətəndaşların sayı isə 6500-dən çoxdur.

Satışın dəqiq olaraq hansı tarixdə həyata keçirləcəyi və mənzillərin kvadratmetrə görə qiyməti hələlik bilinmir. Şərtlərlə razılaşan və ilk müraciət edən şəxslər evə sahib ola biləcək. Satış barədə məlumatlar 1 ay əvvəl açıqlanacaq.

Qeyd edək ki, satış mərhələlərlə həyata keçiriləcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri