23 
Okt
2017
08:40
29
124
9837
Virtual karabakh

Bakı kafedə qadın müştərilər arasında dava: Yaralanan var

23 Okt, 2017
08:40
9837

Bakı kafedə qadın müştərilər arasında dava: Yaralanan var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Sabunçu rayonundakı kafelərdən birində qadınlar arasında əlbəyaxa dava olub.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsinin "Südçülük sovxozu" kimi tanınan ərazisindəki müəssisədə baş verib.

Belə ki, 35 yaşlı Novruzova Gülarə Səfi qızı qeyri-rəsmi nikahda yaşadığı şəxslə kafedə olarkən, digər masada əyləşən qadınlardan biri onun yanındakı şəxslə ünsiyyət qurmaq istəyib. Bundan qəzəblənən G.Novruzova qadına iradını bildirib və bu zaman tərəflər arasında əlbəyaxa dava olub. Nəticədə qarşı tərəf G.Novruzovanın başına qədəhlə xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinda araşdırma aparılır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri