23 
Okt
2017
08:50
70
7
3171
Virtual karabakh

Sakinlərin nəzərinə! 478 itmiş sənəd tapıldı

23 Okt, 2017
08:50
3171

Sakinlərin nəzərinə! 478 itmiş sənəd tapıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Azərpoçt" MMC-nin "Poçtap" sistemində 478 itmiş sənəd qeydə alınıb.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bu sənədlərdən 155-i sahiblərinə qaytarılıb.

Tapılan sənədlərdən 311-i müvafiq strukturlara göndərilib, 12-si isə "Azərpoçt"un filiallarında qalmaqdadır.

MMC-dən onu da bildiriblər ki, tapılan sənədlərin böyük əksəriyyəti şəxsiyyət vəsiqələri olub.

Qeyd edək ki, "Poçtap" servisi 2017-ci ilin fevralında Bakı Baş Polis İdarəsi, "Bakımetropoliten" QSC, "Təmiz Şəhər" ASC ilə birgə işə salınıb. İtirilmiş sənədlər "Poçtap" sistemində 30 gün müddətində qalır, daha sonra bu sənədlər müvafiq strukturlarla göndərilir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri