23 
Okt
2017
12:05
201
204
47317
Virtual karabakh

Qaçan məhbuslara üst-üstə 38 ilədək cəza istənildi – TƏFƏRRÜAT + VİDEO + YENİLƏNİB

23 Okt, 2017
12:05
47317

Qaçan məhbuslara üst-üstə 38 ilədək cəza istənildi – TƏFƏRRÜAT + VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda Əli AğamiEtibar Məmmədov adlı məhbusların qatardan qaçması ilə bağlı bəzi təfərrüat məlum olub.

Oxu.Az Report-a istinadən xəbər verir ki, qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağami və E.Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Hər iki şəxs oktyabrın 22-də gecə, Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar. Hadisə zamanı onları Penitensiar Xidmətin əməkdaşları müşayiət edib.

Təqsirləndirilən şəxslər Bakı İstintaq Təcridxanasına aparılırmış.

Kriminal aləmdə tanınan E.Ağaminin hazırda həbsdə olan “Lotu Quli”yə yaxın şəxslərdən olduğu bildirilir. “Qoca” ləqəbli E.Məmmədov isə daha çox Etibar Hacıqabulski kimi tanınır.

***

10:15

Bakıda qatardan qaçan 2 məhbusdan biri olan 28 yaşlı Əli Ağami kriminal aləmdə tanınan şəxslərdən olub.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, o, 2015-ci ilin noyabrında Şirvan şəhərində 2 nəfərin xuliqanlıq zəminində qətlə yetirilməsi cinayətindən sonra həbs edilib.

Belə ki, Şirvan şəhər sakinləri Elvin NəciyevZaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar tutulan 5 nəfərdən biri də Əli Ağamidir.

Qeyd edək ki, qətlə yetirilən Elvin Nəciyev kriminal aləmdə “Krıtıy Elvin” adı ilə tanınıb. Zaur Sarıbalayev isə kriminal aləmdə “Masallı Mamed” və “Qoca” ləqəbi ilə tanınan, nüfuza malik Etibar Hacıqabulinskinin yaxın adamı olub.

Məlum cinayətdən sonra Ə.Ağaminin qardaşı Zaur Ağami bir müddət təqib olunub.

***

09:57

Bakıda qaçan məhbusların adları məlum olub.

Oxu.Az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Biləcəri stansiyasında qatardan qaçan məhbuslar – 1980-cı il təvəllüdlü Etibar Ələkbər oğlu Məmmədov və 1983-cü il təvəllüdlü Əli Rasim oğlu Ağamidir.

E. Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı), Ə. Ağami isə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham olunaraq həbs olunublar.

***

09:29

Şirvanda cəza çəkən məhkumlardan bir neçəsi Bakıya gətirilərkən qaçıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, həmin məhkumlar Şirvandan Bakıya qatarla gətirilirmiş. Qatar Biləcəri stansiyasında dayanan zaman onlardan bir neçəsi qaçmağa nail olub.

Hazırda qaçan məhkumların axtarışı davam edir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri