23 
Okt
2017
11:59
230
44
27392
Virtual karabakh

Kəmaləddin Heydərov onları işdən çıxardı

23 Okt, 2017
11:59
27392

Kəmaləddin Heydərov onları işdən çıxardı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat katibi Oqtay Bayramov işdən ayrılması ilə bağlı mediaya açıqlama verib. O, FHN-dən getməsini ailə məsələləri ilə əlaqələndirib.

Oxu.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, Bayramov işdən öz istəyi ilə ayrılmayıb. 

O, nazir Kəmaləddin Heydərovun göstərişi ilə işdən çıxmaq barədə ərizə yazıb. Səbəb isə yol verdiyi nöqsanlar olub.

Daha bir məqam isə Oqtay Bayramovla yanaşı, FHN-nin ictimaiyyətlə əlaqə idarəsinin rəisi Səbuhi Ağayevin də vəzifəsindən azad olunmasıdır. O, eyni zamanda, Kəmaləddin Heydərovun köməkçisi idi.

Qeyd edək ki, oktyabrın əvvəlində FHN-də 6 saat davam edən iclas keçirilib və sözügedən iclasdan sonra bəzi şəxslərin işdən uzaqlaşdırılması barədə qərar qəbul olunub.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri