27 
Okt
2017
11:10
52
383
9420
Virtual karabakh

Bakıda qalmaqal: Aldığı dondurma yarımçıq çıxdı – YENİLƏNİB

27 Okt, 2017
11:10
9420

Bakıda qalmaqal: Aldığı dondurma yarımçıq çıxdı – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fotoqraf Orxan Əzimin mağazadan aldığı dondurmanın yarmçıq çıxması ilə bağlı xəbər vermişdik.

Məsələ ilə bağlı istehsalçı şirkət “A-klass” açıqlama yayıb.

Şirkətdən Oxu.Az-a verilən məlumata görə, qablaşdırmada dondurmanın yarımçıq olması onların yox, satışı həyata keçirən mağazanın günahından baş verib.

Şirkətdən verilən açıqlamada deyilir: “Şikayətçi Orxan Əzimlə birlikdə dondurmanın olduğu mağazaya baş çəkdik. Məlum oldu ki, satıcı dondurmanın saxlandığı soyuducunu enerjidən ayırıb. Nəticədə əriyən dondurma soyuducuya axıb. Sonradan işə salındıqda isə bu vəziyyət ortaya çıxıb”.

Şirkət bildirib ki, onlarda qablaşdırmada olan dondurmalar yüksək keyfiyyətli texnologiyalar əsasında istehsal olunur.

***

12:33

“Mağazadan dondurma almışam, evdə baxırıq ki, yarımçıqdır. Əvvəlcə elə düşündük ki, yarısı istifadə olunub. Sonra mağazada bir neçəsini açıb baxdıq, hamısı yarımçıq idi”.

Oxu.Az xəbər verir ki, bu sözləri fotoqraf Orxan Əzim sosial şəbəkədə yazıb. 

Sözügedən  yarımçıq dondurmaların fotosu isə qısa zaman ərzində marağa səbəb olub. Fotoqraf şikayət etdiyi zaman mağaza əməkdaşlarının belə ona inanmadığını qeyd edib: “Satıcıya deyirəm ki, yarımçıqdır. “Açıb yemisiz”, – deyir. Mübahisə etməmək üçün birini də alıb yanında açdım. O da eynilə belə oldu. Sonradan çəkisini ölçdük ki, qablaşdırılmada qeyd olunduğu kimi 450 qramdır. Çəkidə fərq olmasa da, qabın həcmi müştərini yanıldır. Əgər yarımçıq qablaşdırılırsa, qabın həcminə görə niyə müştərini aldadırlar? Dondurma Nizami rayonu,  Keşlə qəsəbəsində yerləşən "A-klass" firmasına məxsusdur”.

Xatırladaq ki, bir müddət əvvəl baxış zamanı bir neçə şirkətə məxsus dondurmalardan götürülən nümunələrdə bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformlar) miqdarının normativ sənədlərdə nəzərdə tutulmuş miqdardan artıq olduğu müəyyən edilmişdi. Həmin istehsalçılar arasında "A-klass" şirkətinin də adı qeyd olunmuşdu.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri