24 
Okt
2017
01:23
163
23
2951
Virtual karabakh

Bakı metrosunda təhlükəsizlik çəpərləri quraşdırıla bilərmi?

24 Okt, 2017
01:23
2951

Bakı metrosunda təhlükəsizlik çəpərləri quraşdırıla bilərmi?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Metro stansiyalarında intiharların və ya ehtiyatsızlıqdan baş verən bədbəxt hadisələrin qarşısını almağın yollarından biri də platformalarda təhlükəsizlik çəpərlərinin quraşdırılmasıdır. 

Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, bu praktika dünyanın bir çox böyük şəhərlərində metrolarda tətbiq olunur.

Bakı metrosunda belə təhlükəsizlik sədlərinin quraşdırılması mümkündürmü?

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, Bakıda metro stansiyalarda hələlik belə bir təhlükəsizlik səddi nəzərdə tutulmayıb:

“Bu elə bir mexanizmdir ki, stansiya tikilərkən layihədə nəzərə alınmalıdır. Yəni qatar platformada dayanarkən onun qapıları ilə bu səddin qapıları eyni anda açılıb bağlanmalıdır.

Bilirsiniz ki, Bakı metrosunda əksər stansiyalar sovet dönəmində tikilib və belə bir mexanizm nəzərdə tutulmayıb. Ona görə də bu sistemi tətbiq etmək mümkün deyil”.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri