24 
Okt
2017
08:55
89
16
2916
Virtual karabakh

Ov həvəskarlarının nəzərinə: İcazə onlayn alınacaq

24 Okt, 2017
08:55
2916

Ov həvəskarlarının nəzərinə: İcazə onlayn alınacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda elektron xidmət növlərinin siyahısında dəyişikliklər edilib.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarında məqsəd Azərbaycan Prezidentinin 2016-cı il 27 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.1-ci bəndinin icrasını təmin etməkdir.

Yeni qərarla “Elektron xidmət növlərinin Siyahısı”na aşağıdakı məzmunda bəndlər əlavə edilir:

- Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün namizədin qeydə alınması;

- Notariat hərəkətləri, apostilin verilməsi və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə əlaqədar ödənişlərin internet vasitəsilə ödənilməsi;

- Məhkəmə rüsumlarının internet vasitəsilə ödənilməsi;

- İqtisadi mübahisələr üzrə elektron imza ilə təsdiq edilmiş iddia ərizələrinin və digər sənədlərin verilməsi və alınması;

- İqtisadi mübahisələr üzrə işlərdə iştirak edən şəxslərə həmin məhkəmə işləri üzrə məhkəmə baxışının gedişatı barədə məlumatın verilməsi;

- Əmr icraatı üzrə elektron imza ilə təsdiq edilmiş ərizələrin və digər sənədlərin verilməsi və alınması;

- Fiziki və hüquqi şəxslər tərəfindən zooloji kolleksiyaların yaradılması və zənginləşdirilməsi ilə əlaqədar icazənin verilməsi;

- Ovçuluq biletinin verilməsi;

- Torpaqların kateqoriyalara aid edilməsinə və onların bir kateqoriyadan digərinə keçirilməsinə dair rəyin verilməsi;

- Azərbaycan Respublikası Milli arxiv fondunun məzmunu və tərkibi haqqında məlumatların verilməsi.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri