24 
Okt
2017
10:19
19
269
7244
Virtual karabakh

Yevlaxda 2 uşaq atası özünü yandırdı

24 Okt, 2017
10:19
7244

Yevlaxda 2 uşaq atası özünü yandırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yevlax rayonunda intihar hadisəsi baş verib.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Yevlax şəhəri, Hüseynzadə küçəsi 49 ünvanında yaşayan 1983-cü il təvəllüdlü Zeynalov Rübail Nizami oğlu üstünə benzin tökərək özünü yandırıb.

Onun həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, 2 uşaq atası olan R.Zeynalovun maddi çətinlikləri olub.

Faktla bağlı Yevlax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri