24 
Okt
2017
11:55
9
97
5542
Virtual karabakh

Bakının bu ərazilərində su olmayacaq

24 Okt, 2017
11:55
5542

Bakının bu ərazilərində su olmayacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Azərsu" ASC-nin abonentlərinə xəbərdarlıq edilib.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, Fərman Məlikov küçəsindən keçən magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 24 oktyabr 2017-ci il tarixində gün ərzində Binəqədi rayonu 7-ci və 8-ci mikrorayonlarının bəzi ərazilərinə, eləcə də, Azadlıq prospekti, Cəfər Xəndan və F.Məlikov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranan narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri