24 
Okt
2017
12:01
84
59
2973
Virtual karabakh

Bəzi balıqtutan cihazların gətirilməsinə qadağa qoyulur

24 Okt, 2017
12:01
2973

Bəzi balıqtutan cihazların gətirilməsinə qadağa qoyulur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kiçik ilgəkli balıqtutan torların, balığı elektrik cərəyanı vasitəsilə ovlamaq üçün istifadə edilən balıqtutan cihazların Azərbaycana gətirilməsinə qadağa qoyulur.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bununla bağlı “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanuna dəyişiklik edilir.

Dəyişikliyə əsasən, siyahıya diametri 0,5 mm-dən az olan sintetik təkqat saplardan toxunmuş və dəliklərin konstruktiv ölçüləri 120 mm-dən kiçik ilgəkli balıqtutan torlar və keçirici naqillərlə birləşdirilmiş elektrik siqnal generatoru və akkumlyatordan (batareya) ibarət balıq və digər su bioresurslarını elektrik cərəyanı vasitəsilə ovlamaq üçün istifadə edilən balıqtutan cihazlar əlavə edilir.

Layihə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri