24 
Okt
2017
12:35
13
51
3903
Virtual karabakh

Azərbaycanda inzibati vəzifələrin ali təsnifatında dəyişiklik edilir

24 Okt, 2017
12:35
3903

Azərbaycanda inzibati vəzifələrin ali təsnifatında dəyişiklik edilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik təklif olunur.

Oxu.Az Report-a istinadən xəbər verir ki, qanunun 11-ci (İnzibati və yardımçı vəzifələrin təsnifatı) maddəsində dəyişiklik edilir.

Hazırkı təsnifatda Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini təmin edən struktur bölmənin rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Milli Məclisinin Aparat rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqanın Aparat rəhbərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin vəzifəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Aparat rəhbərinin vəzifəsi əksini tapıb.

Dəyişikliklə isə təsnifatdan Azərbaycan Respublikasının Dövlət müşavirləri vəzifəsi çıxarılır.

Maddədən (inzibati vəzifələrin birinci təsnifatı) Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin müavini vəzifəsi də çıxarılır.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri