24 
Okt
2017
13:09
24
235
10971
Virtual karabakh

"Altes Group" Azər Qəribin ailəsinə təzyiq edir

24 Okt, 2017
13:09
10971

"Altes Group" Azər Qəribin ailəsinə təzyiq edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış jurnalist Azər Qərib "Altes Group” şirkətini məhkəməyə verməyə hazırlaşır.

Oxu.Az xəbər verir ki, jurnaslist öz "Facebook" hesabında bildirib ki, "Altes Group” onun ailəsinə təzyiq edib.

"Altes"in nümayəndəsi mənim həyat yoldaşımın iş yerinə gələrək, ona "Altes"in mənə ünvanladığı ultimatumu verib, onun yalan və böhtan dolu məzmununu şahidlərin yanında bildirib, sonra xanımıma hədə-qorxu gəlib, onu məhkəmə ilə hədələyib.

"Namərdliyin (digər söz ədəbi olmadığına görə istifadə etmirəm) son həddini nümaiş etdirənlərin məqsədi mənə aydındır - ailə üzvlərimi məsələyə qataraq, məni qeyri-qanuni əməllərə təhrik etmək.

Lakin qarşı tərəfin səviyyəsini göstərən belə addımlar mənim iradəmi daha da möhkəmləndirir, mövqeyimi daha da sərtləşdirir və mən sırf qanun çərçəvəsində hüquqlarımı müdafiə edəcəyəm.

Мənim qələmimə bələd olanlar bilirlər ki, daha kəskin yazardım və bu göstərişi verənlər haqda fikirlərimi daha aydın bildirərdim , amma vəkilim icazə vermir...", - jurnalist yazıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri