16 
Noy
2017
17:00
45
151
5443
Virtual karabakh

Mehman Hüseynovun şikayəti üzrə məhkəmə iclası keçirildi

16 Noy, 2017
17:00
5443

Mehman Hüseynovun şikayəti üzrə məhkəmə iclası keçirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Apellyasiya Məhkəməsində blogger Mehman Hüseynovun apellyasiya şikayəti üzrə məhkəmə iclası davam edib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hakim Əflatun Qasımovun sədrlik etdiyi iclasda M. Hüseynov ifadə verib. M. Hüseynov ittihamları qəbul etmədiyini, polis idarəsində təzyiqə məruz qaldığını deyib.

İddiaçının nümayəndəsi Əlirza Həbilov isə apellyasiya şikayətinin təmin edilməməsini istəyib.

Proses noyabrın 17-də davam edəcək.

Qeyd edək ki, sentyabrın 29-da Ali Məhkəmədə M. Hüseynovun kassasiya şikayətinə baxılıb. Ali Məhkəmənin qərarına əsasən, kassasiya şikayəti  qismən təmin olunub. M. Hüseynov barəsində Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub. Cinayət işinin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınıb.

Xatırladaq ki, Nəsimi RPİ-nin rəisi Musa Musayev bloqger M. Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, bloqgerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə M. Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Həmin hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri