19 
Yan
2018
22:47
50
376
7961
yuxarı
Mingəçevirdə qəssabdan qaçan öküz sakinlərə hücum edib
19 Yan, 2018
22:47
7961
50
376
Mingəçevirdə qəssabdan qaçan öküz sakinlərə hücum edib
Mingəçevir şəhərində yaşlı qadını öküz vurub.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin M.Maqomayev prospektində baş verib.
Qəssabdan qaçan öküz yoldan keçən 1963-cü il təvəllüdlü şəhər sakini Hüseynova Təranə Yaqub qızına hücum edib və onu vuraraq yerə yıxıb. Başı asfalta çırpılan qadın ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Qadının bədən nahiyəsi ilə yanaşı kəllə-beyin travması aldığı məlum olub.
A.M.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək