Mar
2018
16:25
39
324
27781
Virtual karabakh

Narkoloji Mərkəz dəhşətli yanğınla bağlı açıqlama verdi – EKSKLÜZİV

2 Mar, 2018
16:25
27781

Narkoloji Mərkəz dəhşətli yanğınla bağlı açıqlama verdi – EKSKLÜZİV

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu vəziyyətin yaranmasını istəməzdik. Hər kəs kimi, bu durum bizi də məyus edir. 

Bu sözləri Oxu.Az-a açıqlamasında Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin təşkilati metodiki işlər üzrə direktor müavini Aytən Səmədova bu günkü yanğın haqqında danışarkən deyib.

O bildirib ki, hadisə baş verən zaman dispanserdə 200 nəfərə yaxın xəstə və 14 nəfər işçi olub:

“Burada xəstələr adekvat olmadıqları, psixi və davranış qaydaları pozğunluğu olması səbəbindən qapalı şəraitdə, xüsusi nəzarət altında saxlanılır. Çünki onların adi xəstələr kimi saxlanılması mümkün deyil.

Ola bilər ki, ölən və xəsarət alanların sayının artma səbəbi kimi saxlanma şəraiti göstərilsin. Bu, düzgün deyil.  Hadisə baş verən an özüm orada deyildim, sonradan gəldim. İşçilərimiz mənə dedi ki, tüstüdən göz-gözü görmürdü. Hazırda otaqlarımız tüstüyə bürünüb.

Yanğın baş verən zaman xəstəxanada 200 nəfərə yaxın xəstə və 14 nəfər işçi olub. İşçilərimiz xilasetmə işlərində şəxsən iştirak ediblər. Təbii ki, bu cür hallar bizi üzür. Niyə belə olduğunu isə bilmirik. Hər zaman belə halların qarşısının alınması ilə bağlı müəyyən tədbirlər görürdük. Dispanser adından ölənlərin yaxınlarına başsağlığı verir, xilas olanlara şəfa diləyirik”.

Qeyd edək ki, martın 2-də səhər saatlarında Xətai rayonunda yerləşən Respublika Narkoloji Mərkəzində güclü yanğın baş verib. Operativ şəkildə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan üçü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə, biri isə Sabunçu rayonu 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.

Elvin Paşazadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri