Sen
2018
11:43
105
51
8913
Virtual karabakh

“Şanxay”: yeni Bakının köhnə üzü - FOTOREPORTAJ

6 Sen, 2018
11:43
8913

“Şanxay”: yeni Bakının köhnə üzü - FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

50-ci illərin əvvəllərində Nizami rayonunun Keşlə qəsəbəsində “Şanxay” adlı məhəllə salınıb. 

Oxu.Az-ın məlumatına görə, məhəllənin adının tarixçəsi var.

Belə ki, bu qəsəbədə Hacı Salman adlı kişi yaşayırmış. Bir dəfə o, Çinin Şanxay şəhərinə gedib. Kişi geri qayıdanda məhəllə sakinləri ondan səfər etdiyi yerlərin necə olduğunu soruşublar.

Hacı Salman cavab verib: “Ora məhəlləmizdən heç də fərqlənmir. Orada da qatarlar evlərin yanından keçir, burada da”.

Beləliklə, sakinlər yaşadıqları məhəlləyə “Şanxay” adı veriblər. O vaxtdan hamı buranı “Şanxay” kimi tanıyır.

Qeyd edək ki, artıq bu məhəllədə söküntü işləri başlayıb. 

“Şanxay”dan fotoreportajı təqdim edirik: 

Ramil Zeynalov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri