İyn
2014
16:05
80
75
50940
Virtual karabakh

Telman İsmayılovun ağır günləri

5 İyn, 2014
16:05
50940

Telman İsmayılovun ağır günləri

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Biznesmen əfsanəvi restoranından məhrum ola bilər.

Azərbaycanlı milyarder Telman İsmayılov tərəfindən təsis edilmiş AST qrupunun “Bank Moskva”ya olan borcunu ödəmək üçün, biznesmen Moskvanın Krasnaya Presnya və İzmaylovo səmtlərindəki binalarını satmalı ola bilər.

Oxu.Az “Vedomosti” qəzetinə istinadən xəbər verir ki, hazırda isə “Bank Moskva” və AST şirkətlər qrupuna daxil olan KBF AST şirkəti 4 milyard rubl məbləğindəki borc probleminin tənzimlənməsi ilə bağlı danışıqlar aparırlar.

Mənbələrdən birinin sözlərinə görə, “Bank Moskva” bir neçə il öncə bir sıra aktivlər əsasında AST-yə kredit verib.  KBF AST-nin kredit üzrə ödəməni gecikdirməsi haqqında artıq “Bank Moskva”nı bir neçə il əvvəl yoxlayan Hesablama Palatasının hesabatında da deyilib. Həmin krediti almaq üçün Telman İsmayılov Moskvanın Arbat küçəsindəki məşhur “Praqa” restoranını, Krasnaya Presnyada “Tropikano” biznes mərkəzini və Şərqi İzmaylovadakı binalar kompleksini girov qoymuşdu.

“Borcun tənzimlənməsi üçün Krasnaya Presnyada və Şərqi İzmaylovada binaların satılması qərara alınıb, bu əməliyyatın cari ilin II rübündə reallaşması nəzərdə tutulub”, - “Bank Moskva” rəhbərliyinə yaxın mənbə bildirib. Onun sözlərinə görə satışdan əldə olunan gəlir borcun ödənməsi üçün kifayət etməsə, “Praqa” restoranı da satışa çıxarıla bilər. “Amma borcun ödənməsi üçün “Praqa”nı satmadan da borcun ödənməsi imkanı mövcuddur”, - “Vedomosti”nin həmsöhbəti vurğulayıb.

AST qrupuna göndərilən rəsmi sorğu cavabsız qalıb. “Bank Moskva”nın rəsmi nümayəndəsi yalnız deyib ki, AST banka borcludur və borc üzrə məsələlər müştərək həll edilir.

Krasnaya Presnya 24-də “Tropikano” biznes mərkəzində CBRE-nin məlumatına görə, ümumi sahəsi 17 200 kv.metrdir. CBRE-dən Marina Morqunova obyekti təxminən 80 milyon dollar, Colliers İnternational-dan Nikolay Kazanski isə 60-70 milyon dollar qiymətləndirir. Bu kompleksin satılmasını yalnız icarədarlardan biri bilir.

Şərqi İzmaylovada hansı kompleksdən söhbət getdiyi məlum deyil. KBF AST: Sirenevıy bulvar 4 ünvanında “Çerkezovskaya” metrostansiyasının yanında yerləşir. Amma sorğuda iştirak edən  məsləhətçilər bu obyektin sahəsini bilmədikləri üçün onu qiymətləndirə bilmirlər.

Amma “Praqa”nı satsa AST dəqiq borcu ödəyə bilərdi. Morqunova əfsanəvi restoranı (sahəsi 15 000 kv.m) 180-230 milyon dollar, Kazanski isə 200 milyon dollar qiymətləndirib. Xatırladaq ki, AST təsisçisi Telman İsmayılov “Vedomosti”yə verdiyi öncəki müsahibəsində “Praqa”nı heç vaxt satmayacağını demişdi.

AST qrupuna böhrana qədər tikinti, mehmanxana biznesi, restoran, ticarət və s. məşğul olan 30 şirkət daxil idi. 2007-ci il onun dövriyyəsi 2 milyard dollar idi, İsmayılov onu 3 milyard dollar qiymətləndirirdi. Amma 2009-cu ildə Türkiyədə Mardan Palace otelinin açılışından sonra (ekspertlər onun xərclərini 1 milyard dollar qiymətləndirirlər), Çerkezovski bazarının fəaliyyətini (AST əsas sahiblərdən idi) o dövrki hakimiyyətin rəhbəri Vladimir Putin tənqid etmişdi.

Bundan sonra şirkət aktivlərin bəzisini ləğv etməli oldu: belə ki, “Voentorq” biznes-mərkəzini Süleyman Kərimov, iri mehmanxana kompleksini isə (3000 nömrədən çox) Soçidə AST-nin əvəzinə “Renova” tikirdi.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri