Okt
2018
13:01
721
41
30057
Virtual karabakh

Oxu.Az Azərbaycanda ən bahalı və funksional tətbiqini təqdim etdi

8 Okt, 2018
13:01
30057

Oxu.Az Azərbaycanda ən bahalı və funksional tətbiqini təqdim etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az informasiya portalı xəbərləri ilə bağlı öz tətbiqinin yeni versiyası üzərində işləri başa çatdırıb. 

Qeyd edək ki, Oxu.Az tətbiqi Azərbaycanda bütün xəbər tətbiqləri arasında ən bahalı hesab edilir və bu sahədəki yerli və xarici istehsalçıların köməyi ilə hazırlanıb. 

iOS əməliyyat sistemli smartfonlar üçün interfeys


Android əməliyyat sistemli smartfonlar üçün interfeys

Oxu.Az tətbiqinin yeni versiyasında bu günə qədər saytda tətbiq olunan son yeniləmələr təcəssüm edilib, eləcə də oxucularımızın fikirləri nəzərə alınıb.

Belə ki, əgər əvvəllər video-fayllarla bağlı tətbiqdə tez-tez çətinliklər yaranırdısa, indi bu məsələ öz həllini tapıb və oxucular tətbiqdən istifadə edərək, istənilən xəbərdəki video-fayllara baxa bilərlər. 

Bir müddət öncə saytın internet-versiyasında xəbərlərin audio dinlənilməsi imkanı yerləşdirilib - indi bu funksiya Oxu.Az-ın mobil tətbiqində də mümkündür. 


Bu, sürücülərin, yolda olan insanların, o cümlədən görmə qabiliyyəti ilə bağlı problemi olanların ölkədə və dünyada baş verən hadisələrdən xəbərdar olması imkanı yaradır. 

Biz internet sərfiyyatının çoxluğu ilə bağlı istifadəçilərin şikayətlərini nəzərə almışıq. Yenilənmiş versiyada siz şəkillərin göstərilməsini qapada və xəbər lentini adi rejimdə izləyə bilərsiniz.

Və bu son deyil. Biz sizin vaxtınızı dəyərləndiririk, buna görə də tətbiqimizə daha bir yenilik əlavə etmişik, bununla, vacib informasiyalar sizin smartfonlarınıza bildiriş formasında gələcək.

Tətbiqin yenilənmiş formasını yükləmək üçün bu linkə daxil ola bilərsiniz:

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri