23 
Okt
2018
19:15
290
27
5921
Virtual karabakh

Xəlil Rza Ulutürkün arvadına qarşı dələduzluq edən şəxsə cəza verildi

23 Okt, 2018
19:15
5921

Xəlil Rza Ulutürkün arvadına qarşı dələduzluq edən şəxsə cəza verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz Ulutürkə qarşı dələduzluqda təqsirləndirilən Azərbaycan Yazıçılar Birliyinin üzvü Mirzə Şəmsiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Oxu.Az-ın xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, M.Şəmsiyev doqquz il müddətinə azadlıqdan məhrum edilib. 

İttihama görə, M.Şəmsiyev Xəlil Rza Ulutürkün yubileyi münasibətilə onun kitabını nəşr etdirəcəyini deyərək, həyat yoldaşı Firəngiz Ulutürkə qarşı təxminən dörd min manat məbləğində dələduzluq edib. M.Şəmsiyev məhkəmə dövründə F. Ulutürkə vurulan ziyanı tam ödəyib.

İş üzrə daha bir neçə nəfərə qarşı dələduzluq edilib. Digər zərərçəkmişlərə vurulan ziyanın miqdarı 100 min manatdan çoxdur.

Həbs edilən M.Şəmsiyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri