25 
Okt
2018
13:44
46
313
6609
yuxarı
İtlər Badamdarı “işğal edib” - VİDEO
25 Okt, 2018
13:44
6609
46
313
İtlər Badamdarı “işğal edib” - VİDEO
Badamdar qəsəbəsi, Göyüş Qarayev küçəsinin sakinləri tərəfindən Baku TV-yə müraciət daxil olub.
Qəsəbə sakinlərinin sözlərinə görə, sahibsiz itlər böyüklər və azyaşlılar üçün təhlükə mənbəyinə çevrilib. Xüsusilə axşam saatlarında sahibsiz itlər, demək olar ki, ərazini mühasirəyə alırlar.
Sakinlər bildirir ki, uşaqlar hər gün məktəbə qorxu içində gedirlər. Bir həftə əvvəl itlərin digər məhəllədə yaşayan uşaqlardan birinə hücum etməsi isə həm valideynləri, həm də uşaqları daha da təşvişə salıb.
Baku TV əməkdaşlarının mövzu ilə əlaqədar hazırladığı süjeti təqdim edirik:
Sail Ağasəlimoğlu, Valeh Arifoğlu
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək