31 
Okt
2018
18:55
733
43
19706
Virtual karabakh

Dünyanın ən nəhəng aeroportundan ilk təyyarə Bakıya eniş edəcək

31 Okt, 2018
18:55
19706

Dünyanın ən nəhəng aeroportundan ilk təyyarə Bakıya eniş edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İki gün əvvəl İstanbulda açılış mərasimi keçirilən dünyanın ən nəhəng aeroportundan ilk təyyarə havaya qalxıb. 

Oxu.Az “Hurriyet” nəşrinə istinadən xəbər verir ki, Türkiyəyə məxsus “TK2124” təyyarəsi 340 sərnişinlə İstanbuldan Ankaraya uçub. 

Reys Türkiyə aviaşirkətinin 349 sərnişin tuta bilən və ən böyük təyyarəsi sayılan “Boeing 777-300” layneri vasitəsilə həyata keçirilib. 

Ankaraya reysdən sonra aeroportdan Kipr və Azərbaycana uçuşlar həyata keçiriləcək. 

Dünyanın ən nəhəng aeroportunun oktyabrın 29-da keçiriləcək açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib. Aerodrom ilk mərhələdə illik 90 milyon sərnişinə, 2029-cu ildən başlayaraq isə illik 200 milyon sərnişinə xidmət göstərəcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri