Noy
2018
20:46
34
117
5435
Virtual karabakh

Bərabərlik, yoxsa ədalət?

5 Noy, 2018
20:46
5435

Bərabərlik, yoxsa ədalət?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həmişə həm gender, həm də hər mənada olan bərabərliyin nə dərəcədə önəmli olduğunu deyirik. Amma bu, görəsən, doğrudan da, düşündüyümüz kimidir? Mübarizəni bərabər olmaq üçün aparmaq lazımdır? Ancaq bu halda istədiyimizə çatıb inkişaf etmiş cəmiyyət qurmuş olacağıq? 

Oxu.Az-ın məlumatına görə, bu barədə “BrightSide”da məqalə yayımlanıb.

Orada göstərilir ki, bu gün dünyada bərabərlikdən çox, ədalətə ehtiyac var. Bərabərlik hər kəsə eyni, ədalət isə uğur qazanmağına vasitə olacaq tərzdə davranır. 

Hər kəsin güclü və zəif tərəfləri var

Aydındır ki, burada artıq bərabərlik pozulur, çünki hər kəsin eyni olmadığı və eyni xüsusiyyətlərə, bacarıqlara malik olmaması aşkar olur. Kiminsə güclü tərəfini öz zəifliyinizlə, eləcə də, zəifliyinizi kiminsə güclü tərəfi ilə müqayisə etməyə dəyməz.

İnsanlar fərqlidir, individualdır. Bu fərqliliklər bizi biz edir. Bu qeyri-bərabərliyə qarşı çıxmaq yox, ədalətlə yanaşmaq lazımdır. Çünki hər kəsin uğurlu olmadığı işlər kimi, tam bacardığı bir sahə, iş də vardır mütləq.

İnsanlara ədalətli davranmaq onlara bərabərhüquqlu davranmaqdan daha vacibdir

İnsanlara bərabərhüquqlu yanaşmaq, heç də bərabər olmayan cəmiyyətdə ədalətsiz görüntünün yaranmasına səbəb olur. Məsələn, xəstə insanla sağlam insanın ehtiyacları tamamilə fərqlidir. Azyaşlı birisi ilə orta yaşlı, ya da ondan, sadəcə, 4-5 yaş böyük birisinə də eyni münasibəti göstərə bilmərik. Daha doğrusu, hər birinə eyni cür yanaşa bilərik, amma bu, düzgün və ədalətli nəticə yaratmayacaq, daha pis vəziyyət ortaya çıxacaq.

Buna görə hər kəsə ancaq ehtiyacı olan yanaşmanı göstərərək, dünyanı daha gözəl yerə çevirə bilərik.

Ən utopik cəmiyyətdə də bərabərliyə çatmaq mümkün deyil

Bərabər başlanğıc yaratmaq imkansız olmasa da, bu, nəticənin bərabər olacağına zəmanət vermir. Qaçış yarışını təsəvvür edək, hər kəs eyni başlanğıc nöqtədən “start” götürsə də, bərabər qaçmağın pozulacağı dəqiqdir. 

İnsanları ədalət yönəldir, bərabərlik yox

Nümunə olaraq, lampa fabrikini götürək. Burada bərabərlik odur ki, hər işçi düzəltdiyi maaşın kəmiyyətindən və keyfiyyətindən asılı olmayaraq, eyni məbləği qazanır. Yəni, bəzi işçilər üç, bəziləri beş lampa düzəldir, amma vəzifə eyni olduğu üçün eyni maaşı alırlar.

Bu sistem, işçilərin gördükləri işin kəmiyyət və keyfiyyətindən asılı olaraq dəyişən məvacibli sistemlə qarşılaşdırıla bilər.

Bərabərsizlik ədalətli olduqda, insanlar onunla razılaşır

Psixoloqlar bu fikir üzərində eksperiment həyata keçiriblər. 6-8 yaşlı uşaqlardan ibarət qrup yaradılıb. Dan və Marka otaqlarını yığışdırmaq tapşırılıb, mükafat olaraq pozan veriləcəyi deyilib. Sonda uşaqlara beş pozan verilir, beşincini yarıya bölmək də mümkün olmur. Onlar qeyri-bərabər bölgüdənsə, beşinci pozanı götürməmək, tullamaq qərarına gəlirlər.

Psixoloqlar uşaqlara Danın Markdan daha çox işlədiyini deyəndə isə, onlar rahatlıqla beşinci pozanı Dana verib, onun üç, Markın iki pozan almasına səbəb olurlar. Bölgünün qeyri-bərabər olması heç kimi narahat etmir, çünki, ədalətli bölünüb.

Beləliklə, bərabərliyin hər zaman ədalətli olmadığı və əslində, hansının daha önəmli olduğunu görmüş olduq.

Nəzrin Həsənova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri