Noy
2018
11:25
220
37
18855
Virtual karabakh

Şəki, yoxsa Bakı pitisi? - REPORTAJ

3 Noy, 2018
11:25
18855

Şəki, yoxsa Bakı pitisi? - REPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

150 qram quzu ətini, 20 qram noxudu, soğanı saxsı qaba doldurulub üstünə su və piyi də əlavə edib qaynaması üçün ocağa qoyduqsa, demək ki, pitimiz hazırdır.

Azərbaycan milli mətbəxinin, eyni zamanda, soyuq ayların ən sevilən yeməklərindən biri pitidir desək, yəqin ki, yanılmarıq. 

Pitinin vətəni kimi çoxumuz Şəkini bilsək də, Adil usta Şəki ilə yanaşı, Bakı pitisinin də olduğunu deyir.

Fərqlərinə gəlincə isə, Şəki pitisində olan alça turşusu, şabalıd, zəfəran demək olar ki, Bakı pitisində istifadə olunmur.

Hazir olan pitinın süfrəyə verilmə forması da fərqlidir. Belə ki, saxsı qabda olan pitinin, əvvəlcə, bulyonu kasaya tökülür, içinə çörək doğranılır, içliyi isə başqa qaba əlavə olunub əzilir.

Əsasən kişilər arasında daha çox  sevilən pitinin bir porsiyası 10 manata başa gəlir. Piti ağır yemək hesab olunduğundan, yağlılığının qarşısını almaq üçün sumaq və turşudan istifadə olunur .

Baku TV əməkdaşlarının mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

Billurə Mikayıllı, Valeh Arifoğlu

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri