Noy
2018
14:20
228
44
8709
Virtual karabakh

Daha beş rayonda “ASAN xidmət” mərkəzi açılacaq - VİDEO

5 Noy, 2018
14:20
8709

Daha beş rayonda “ASAN xidmət” mərkəzi açılacaq - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2019-cu ildə Azərbaycanda “ASAN xidmət” mərkəzlərinin sayı 20-yə çatdırılacaq.

Bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

O bildirib ki, hazırda ölkədə 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir: 

Gələn il isə Azərbaycan vətəndaşlarına beşi Bakıda olmaqla, 20 mərkəz xidmət göstərəcək. 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tutulan beş yeni mərkəz Tovuz, Ağcabədi, Kürdəmir, Şamaxı, Balakən rayonlarında olacaq. Bu beş mərkəzin hər birinin tikintisi artıq başlayıb.

Qurum rəsmisinin sözlərinə görə, noyabr ayının 1-dən “ASAN xidmət”də vətəndaşlara 11 dövlət qurumunun xidmətləri göstərilir. 

“ASAN xidmət”ə daxil olan 11-ci dövlət qurumu Qida Təhlükəsizlik Agentliyidir:

“Hazırda mərkəzlərdə 11 dövlət orqanı, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox müxtəlif xidmətlər göstərilir”.

Qeyd edək ki, “ASAN xidmət”ə 25 milyonuncu vətəndaş müraciəti qeydə alınıb. Müraciəti isə  5 saylı Bakı “ASAN xidmət” mərkəzinə Bənövşə Rzayeva edib. 

Billurə Mikayıllı, Valeh Arifoğlu

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri