Noy
2018
18:36
25
760
20850
Virtual karabakh

Bakıda qoca qadını öldürüb, evini yandıran nəvəsi imiş - YENİLƏNİB + VİDEO

7 Noy, 2018
18:36
20850

Bakıda qoca qadını öldürüb, evini yandıran nəvəsi imiş - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nəsimi rayonu ərazisində törədilmiş qətlin üstü “isti izlər”lə açılıb.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan Oxu.Az-a daxil olan birgə məlumatda bildirilir.

Noyabrın 6-da paytaxtın Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, 81 saylı ünvanda baş vermiş yanğın saat 09:30 radələrində söndürüldükdən sonra həmin evdə yaşamış, 1941-ci il təvəllüdlü Tamilla Axundovanın üzərində bıçaq xəsarəti olan yanmış meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında Bakı şəhər, Nəsimi rayon prokurorluqları və polis idarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər aparılıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış və müvafiq ekspertizalar təyin edilib.

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin T.Axundovanın nəvəsi, 1994-cü il təvəllüdlü Eldar Əfəndiyev tərəfindən tamah niyyəti ilə törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə Bakı şəhər prokurorluğunda zəruri istintaq tədbirləri davam etdirilir.

11:07

Dünən səhər saatlarında Bakıda ağır cinayət olub. Tamah məqsədilə evə girən şəxs və ya şəxslər yaşlı qadını əvvəlcə öldürüb, sonra qızıllarını götürüb çıxıblar.

Oxu.Az “Xəzər” TV-yə istinadən xəbər verir ki, onlar izi itirmək məqsədilə evi yandırıblar.

Hadisə səhər saatlarında paytaxtın Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsi 83 ünvanında baş verib. Yaqub Axundovun evinin yandığını görən qonşular dərhal yanğınsöndürənlərə məlumat veriblər.

Hadisə yerinə rayon yanğından mühafizə xidmətinin iki yanğınsöndürən avtomobili və bir neçə canlı qüvvəsi cəlb gəlib. Yanğının kəşfiyyatı zamanı ev sahibinin həyat yoldaşı 78 yaşlı Tamella Axundovanın meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Hadisə yerinə gələn polis və prokurorluq orqanlarının əməkdaşları qadının qəsdən öldürüldüyünü müəyyən ediblər.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda cinayət işi başlanıb. Polis cinayəti törədən şəxs və ya şəxslərin axtarışını aparır.

6 noyabr, 11:01

Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 35 m² olan birmərtəbəli, ikiotaqlı ev yanıb. 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, yanğının kəşfiyyatı zamanı 1941-ci il təvəllüdlü Axundova Tamella Həbib qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri