Noy
2018
16:27
41
161
5390
Virtual karabakh

Şəhid polislərin varisləri niyə birdəfəlik ödəniş almır?

7 Noy, 2018
16:27
5390

Şəhid polislərin varisləri niyə birdəfəlik ödəniş almır?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid polislərin vərəsələrinin birdəfəlik ödənişi almaması ilə bağlı məsələyə münasibət bildirib.

Oxu.Az-ın məlumatına görə, bunu nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri Himalay Məmişov bildirib.

Onun sözlərinə görə, bu məsələ qanunvericiliyə uyğun olaraq tənzimlənir:

“Qanunvericiliyə uyğun olaraq, həqiqi hərbi xidmətdə (toplanışda olan şəxslər) hərbi qulluqçu hesab olunur və fərmanla yalnız hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulur”.

“Polislərdən yalnız daxili qoşunlarda xidmət edənlər hərbi qulluqçu hesab edilir. Onların adları da siyahıya daxil edilib”, - deyə Himalay Məmişov qeyd edib.

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri