Noy
2018
12:12
50
160
7577
Virtual karabakh

Gömrükçülərdən qaçmağa çalışan azərbaycanlı yanğın törətdi

8 Noy, 2018
12:12
7577

Gömrükçülərdən qaçmağa çalışan azərbaycanlı yanğın törətdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı sürücü yük avtomobili vasitəsilə Rusiyanın Smolensk vilayətindən qadağan olunmuş almanı keçirməyə çalışıb. 

Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, Krasninsk rayonunda gömrükçülər “Volvo” markalı yük avtomobilini yoxlamağa çalışarkən sürücü maşını işə salıb və aradan çıxmaq istəyib. 

Bir müddət sonra yük avtomobili alovlanıb. Uzağa gedə bilməyəcəyini görən şəxs avtomobili saxlayıb və qaçmağa başlayıb. Bu zaman o, gömrükçülərin əlinə keçib. Avtomobilə baxış zamanı qadağan olunmuş alma aşkar edilib. 

Araşdırmalar zamanı həmin şəxsin Rusiyaya girişi qadağan edilmiş Azərbaycan vətəndaşı olduğu aydınlaşıb. O, sərhədçilərə təhvil verilib. Azərbaycanlıya qarşı cinayət işi başlanılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri