Noy
2018
12:05
32
145
7282
Virtual karabakh

Vergilər Nazirliyinin səlahiyyətləri genişləndirilir

8 Noy, 2018
12:05
7282

Vergilər Nazirliyinin səlahiyyətləri genişləndirilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sığortanı da, vergini də bir qurum yığacaq. Bununla yığım bir qədər də artacaq.

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli parlamentdə çıxışı zamanı deyib.

O qeyd edib ki, yaxın zamanlarda növbəti dəfə böyük vergi islahatları nəzərdə tutulur.

“Bununla bağlı Vergi Məcəlləsində ciddi dəyişikliklər gözlənilir. Bu barədə artıq məlumatlar verilməkdədir. Bu islahatların tərkib hissəsi kimi, nazirliyin işləri, səlahiyyətləri bir qədər də artmış olacaq. Yəni, bundan sonra sığorta və vergi yığımını eyni qurum - Vergilər Nazirliyi həyata keçirəcək. Bu, yığıma çox müsbət təsir göstərəcək”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri