Noy
2018
13:06
23
221
6665
Virtual karabakh

Bakı metrosunda texniki nasazlıq: vaqonlar boşaldıldı

8 Noy, 2018
13:06
6665

Bakı metrosunda texniki nasazlıq: vaqonlar boşaldıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“28 May” metrostansiyasında qatarların hərəkətində problem yaşanıb.

Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, qatar stansiyadan birbaşa depoya göndərilib:

“Həzi Aslanov”dan “Dərnəgül” istiqamətində hərəkət edən qatarlardan birində texniki nasazlıq yaranıb. Qatar “28 May” stansiyasında saxlanılıb və sərnişinlər dərhal qatardan çıxarılıb. Hələlik nasazlığın hansı səbəbdən yarandığı bəlli deyil.

Ümumilikdə qatarların intervalında beş dəqiqəyə qədər yubanma olub. Hazırda bütün stansiyalarda qatarların intervalı normalara uyğun şəkildə bərpa edilib”.

Könül Cəfərli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri