8 
Noy
2018
14:42
17
180
3843
yuxarı
Azərbaycana daxili orqanlarında narkotik keçirmək istədi
8 Noy, 2018
14:42
3843
17
180
Azərbaycana daxili orqanlarında narkotik keçirmək istədi
Dövlət Sərhəd Xidməti (DSX) İrandan gələn şəxsin daxili orqanlarında Azərbaycana narkotik vasitə keçirməsinin qarşısını alıb.
Bu barədə Oxu.Az-a xidmətin Mətbuat Mərkəzindən məlumat verilib.
DSX-nin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsində İrandan Azərbaycana gələn İran vətəndaşı 1987-ci il təvəllüdlü Jafari Abouzar Yousefin üzərinə sərhəd və gömrük baxışı keçirilib, ayaqqabısının içərisindən və daxili orqanlarından ümumi çəkisi 440 qram olan narkotik vasitə aşkarlanaraq götürülüb.
Saxlanılan şəxs narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olmasını etiraf edib.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Cəmiyyət xəbərləri
26 
Apr
2024
06:44
Keçmiş məcburi köçkün: “Füzuli bizim anamızdır, yuxularımızdır, arzularımızdır”
56
1
384
25 
Apr
2024
23:26
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
104
14
1385