Noy
2018
14:36
16
202
13081
Virtual karabakh

Bakıda xəstəxanada kütləvi zəhərlənmə - VİDEO

8 Noy, 2018
14:36
13081

Bakıda xəstəxanada kütləvi zəhərlənmə - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda 8 saylı şəhər poliklinikasının əməkdaşları zəhərlənib.

Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən açıqlamaya görə, poliklinikada dəm qazı qoxusu hiss edildiyi üçün hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çağırılıb: 

“Yeddi həkim təxliyyə edilərək, Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə gətirilib. Onlara yardım göstərilib və evə buraxılıblar. Sadəcə həkimlər qorxub, təlaşlanıblar”.

Nazirlikdən qeyd edilib ki, hazırda poliklinikanın içərisinə dəm qazı qoxusunun haradan daxil olduğu araşdırılır:

“Çünki xəstəxana qazlaşdırılmış bina deyil”.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə ilə bağlı ilk xəbəri A24.az saytı yayıb.

Video: A24

İlhamə Əbülfət 
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri