13 
Noy
2018
15:45
21
220
10470
Virtual karabakh

Biləcəri dairəsində xaos yaşanır - FOTO

13 Noy, 2018
15:45
10470

Biləcəri dairəsində xaos yaşanır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Avtovağzalı yaxınlığında yerləşən və yeni təmirdən çıxan Biləcəri dairəsində tez-tez marşrut avtobuslarının hərəkətində qarışıqlıq müşahidə olunur.

Yolun kənarında, yaxınlıqda yerləşən göydələnin tam dibində şüşə dayanacaq quraşdırılsa da, dayanacağın önündən ötüb keçən avtobuslar orada yox, 100 metr kənarda saxlayırlar. Həmin ərazinin həddən artıq yükləndiyini nəzərə alsaq, burada avtobuslardan düşmək və çıxmaq sərnişinlərə də problem yaradır, qalan avtomobillərin hərəkətinə də.

Marşrut avtobuslarının nömrələrini göstərən xüsusi tabloların olmaması sərnişinlərə əziyyət verir, onlar hər avtobusun qarşısına qaçıb gedəcəkləri istiqamətlərdə avtobusları axtarmalı olurlar.

Üstəlik, dayanacaq olmadığı üçün sərnişinlər küləkdə, yağışda açıq havada gözləməli olurlar. Onların arasında körpələrin və qocaların olduğunu da diqqətə çatdırmaq istərdik. Sərnişinlər üçün nəzərdə tutulan dayanacaqda isə taksilər dayanır.

Məsələyə aydınlıq gətirmək üçün Bakı Nəqliyyat Agentliyi (BNA) ilə əlaqə saxladıq. 

“Bu, bizə işimizdəki çatışmazlıqları aradan qaldırmağa kömək edir. Biz həmin ərazidə fəaliyyət göstərən nəqliyyat şirkətlərinə xəbərdarlıq məktubu göndərmişik. Yolun həmin hissəsində marşrut avtobuslarının hərəkətinə nəzarəti gücləndirəcəyik. Əgər onlar yenə qayda-qanunu pozsalar lazımi tədbirlər görüləcək”, - BNA-nın İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Mais Ağayev bildirib.

BNA rəsmisi qeyd edib ki, dayanacaqdan kənar sərnişin götürmək və ya onun düşməsinə şərait yaratmaq yolverilməzdir, inzibati xətadır və hazırda BNA əməkdaşları bu cür hallara yol verən avtobus sürücülərinə qarşı inzibati tənbeh tədbirləri görürlər.

Vəfa Fərəcova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri