13 
Noy
2018
17:35
52
170
5076
Virtual karabakh

Deputat: Dərslər başlamamış niyə ödəniş tələb olunur?

13 Noy, 2018
17:35
5076

Deputat: Dərslər başlamamış niyə ödəniş tələb olunur?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Millət vəkili Qənirə Paşayeva parlamentdə büdcə müzakirələri zamanı çıxışında qeyd edib ki, Azərbaycanda autizimlə bağlı xüsusi bir proqramın həyata keçirilməsinə ehtiyac var.

Oxu.Az xəbər verir ki, millət vəkilinin qeyd etdiyinə görə, autizm xəstəliyi olan uşaqların sayı daha da artmaqdadır:

“Ona görə bu məsələ büdcədə nəzərə alınmalıdır”.

Millət vəkili çıxışında təhsil kreditlərinin həm həcminin, həm də əhatə dairəsinin genişləndirilməsini təklif edib:

“Nəyə görə ödənişli əsaslarla oxuyan birinci kurs tələbələrindən tədris, dərslər başlamamış təhsil haqlarının hamısını ödəmək tələb olunur? Olmazmı ki, onlar da ikinci, üçüncü kurslardakı kimi, il boyu təhsil haqlarını ödəsinlər?

Axı, bir çox ailələr bu məsələdə ciddi çətinliklər çəkirlər?! Bəzən hətta övladları təhsillərini yarımçıq dayandırmaq məcburiyyətində qalırlar... Ona görə də hesab edirəm ki, bu məsələ, təhsil kreditləri məsələsi, nəhayət, həllini tapmalıdır. İnsanlarımızın buna ciddi ehtiyacı var”.

Q.Paşayevanın sözlərinə görə, orta məktəb müəllimlərinə sosial ipoteka ilə bağlı güzəştlərdən yararlanmaq imkanı verilməlidir.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri