13 
Noy
2018
20:31
27
238
16561
Virtual karabakh

Sabah Bakının bir hissəsində qaz olmayacaq

13 Noy, 2018
20:31
16561

Sabah Bakının bir hissəsində qaz olmayacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 14-də Bakının bir hissəsində qaz olmayacaq. 

Oxu.Az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin məlumatında deyilir.

Bildirilir ki, saat 10:00-dan etibarən “Sulutəpə”, “Alatava”, “Xocasən” Qaz Paylayıcı Stansiyalarından, “Laçın qaçqınları” və “Elit Yatırım” ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.

Zəruri təmir işləri ilə əlaqədar Abşeron rayonu, Xırdalan şəhərinin bir hissəsi, Sulutəpə, Hökməli, Atyalı, Qobu, Güzdək, Aşağı Güzdək, Çiçək qəsəbələri və Qaçqınlar şəhərciyinin, Nəsimi rayonu Tbilisi prospekti, 1 və 2-ci Alatava, 20 yanvar A.Məhərrəmov, A. Qurbanov, Bakıxanov, C. Məmmədquluzadə, H. Əliyev küçələrinin, eləcə də Binəqədi rayonu 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor, Sulutəpə, Xocahəsən qəsəbələrinin, Motodrom ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Məhdudiyyət diametri 720 mm-lik “Qaradağ-Digah” magistral qaz kəmərinin 27-ci km-də aşkar olunmuş qaz sızmasının ləğv edilməsi ilə əlaqədardır və təmir işləri başa çatanadək davam edəcək.

Görülən təmir işlərinin Yeni Yasamal yaşayış massivi, Şərifzadə,Vasif Əliyev və Xıdır Mustafayev küçələrinin,həmçinin Yasamal və Nərimanov rayonlarının bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq. “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri