15 
Noy
2018
10:33
165
9
7298
Virtual karabakh

Şagirdlər tətilə çıxır

15 Noy, 2018
10:33
7298

Şagirdlər tətilə çıxır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 16-dan ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ilinin payız tətili başlayacaq.

Təhsil Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, payız tətili beş gün olacaq.

Dərs ilinin növbəti tətili qışa təsadüf edəcək. Belə ki, beş günlük qış tətili 27-31 yanvar tarixlərində olacaq. 

Xatırladaq ki, ümumtəhsil məktəblərində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Dərs ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edir.

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri