15 
Noy
2018
13:22
250
21
3377
Virtual karabakh

Deputatlar iclaslarda ancaq Azərbaycan dilində danışacaq? - AÇIQLAMA

15 Noy, 2018
13:22
3377

Deputatlar iclaslarda ancaq Azərbaycan dilində danışacaq? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İntizam Komissiyasının tərkibi ilə bağlı deputatların təklifinə  baxılıb. Komissiyanın tərkibinin 11 nəfərə çatdırılması qərara alınıb. İclasın baş tutması, yetərsay üçün yeddi nəfərin iştirakı məqbul hesab edilib.

Oxu.Az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

O, millət vəkillərinin iclaslarda  ancaq Azərbaycan dilində çıxış etməsi təklifinə də toxunub:

“Bu məsələ Konstitusiyamızda öz əksini tapıb. Yəni, başqa dillərdə danışmaq məsələsi orada istisna olunmur. Yəni, bu təklif məqbul sayılmayıb”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri