15 
Noy
2018
15:01
523
32
13545
Virtual karabakh

“Qaçqınkom”un sədr müavini işdən azad edildi

15 Noy, 2018
15:01
13545

“Qaçqınkom”un sədr müavini işdən azad edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov vəzifədən azad edilib.

Bu barədə Oxu.Az-a Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev məlumat verib.

Onun sözlərinə görə,  Azərbaycan prezidenti İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadovun vəzifədən azad olunması haqqında müvafiq sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Sabir Əhmədov Dövlət Komitəsinin sədr müavini təyin olunub. O, bu təyinata qədər Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, bu barədə ilk informasiyanı Modern.az saytı yayıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri