15 
Noy
2018
17:20
114
48
4359
Virtual karabakh

Sərnişinin ölümünə səbəb olan sürücü cəzalandırıldı

15 Noy, 2018
17:20
4359

Sərnişinin ölümünə səbəb olan sürücü cəzalandırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Bəxtiyar Rəsulovun cinayət işi üzrə məhkəmə başa çatıb. 

Oxu.Az xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, B.Rəsulov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, bu il mayın 8-də saat 02:00 radələrində paytaxtın Binəqədi qəsəbəsi ərazisində qəsəbə sakini Bəxtiyar Rəsulov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb. Nəticədə. sürücünün sərnişini, qohumu, Abşeron rayon sakini Firuddin Rəsulov ağır xəsarət alıb.

O, xəstəxanaya aparılarkən yolda ölüb. 

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri