16 
Noy
2018
12:40
47
98
1857
Virtual karabakh

16 ölkədən vəkillər Bakıda toplanıb - FOTO

16 Noy, 2018
12:40
1857

16 ölkədən vəkillər Bakıda toplanıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda Avropa Şurasının, Hüquqşünasların Beynəlxalq Komissiyasının və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə keçirilən “Vəkillərin rolu və müstəqilliyi: müqayisəli perspektivlər” mövzusunda beynəlxalq konfrans işini noyabrın 16-da davam etdirir.

Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, konfransın ikinci günündə “Vəkillik peşəsinə qəbul: Təcrübələr və çağırışlar” və “Peşə müstəqilliyi üçün zəruri amil kimi peşəkar təlimlərin keyfiyyəti” mövzularında sessiyalar keçirilir.

Sessiyalarda Azərbaycanda vəkilliyin inkişafı sahəsində görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumatlar verilir, digər ölkələrin vəkillik sahəsindəki təcrübələrindən, yeniliklərdən danışılır, fikir mübadiləsi aparılır.

Tədbirdə 16 xarici ölkənin, o cümlədən Belarus, Gürcüstan, Rusiya, Türkiyə, Niderland, Böyük Britaniya, Fransa, İsveçrə, Qazaxıstan, Ukrayna, Özbəkistan Vəkillər kollegiyalarının rəhbərləri və üzvləri, Avropa Şurasının, Avropa İttifaqının, Hüquqşünasların Beynəlxalq Komissiyasının, Birləşmiş Millətlər Təşkilatının, Avropa Vəkillər İttifaqının və digər beynəlxalq təşkilatların, hüquq cəmiyyətlərinin nümayəndələri, məhkəmələrin hakimləri, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının, Vəkillər Kollegiyasının təmsilçiləri, yerli və beynəlxalq ekspertlər iştirak edirlər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri